Bakıda dərsdə şagirdi müəllimin nəvəsi döydü

Bakıda dərsdə şagirdi müəllimin nəvəsi döydü

Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 127 saylı məktəbdə yaşanan insidentlə bağlı açıqlama verilib.
Məktəbin direktoru Məmmədov Mərhəmət Allahverdi oğlu modern.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, dava 11-ci sinif şagirdləri arasında baş verib:

"Düzdür, dalaşanlardan biri müəllim nəvəsidir. Dava dərsdən sonra qeydə alınıb. Hadisə zamanı təcili yardım maşını çağırılıb. Bu məlumatı da təcili yardımdan mətbuata sızdırıblar. Şagirdlərin sadəcə sözləri çəp gəlib, güclü dava baş verməyib. Daha sonra biri digərindən üzr istəməsini tələb edib. Beləcə söhbət uzanıb.
 
Hər ikisi 11a sinfinin şagirdləridir, sinif yoldaşıdırlar. Döyülən Muradov Mustafa Fazil oğludur, hadisədən sonra xəstəxanaya çatdırılıb. Döyən şagird isə İsmayılov Azad Vüsal oğludur. Hazırda həmin sinfin rəhbəri İsamalıyeva Nəzakət müəllimdir".
 
Direktor valideynlərlə söhbət aparılacağını qeyd edib:
"Musatafa hazırda dərsdə deyil, valideynini çağırtdırmışam məktəbə, gəlsin, söhbət edəcəyəm. Azadın valideynlərilə də söhbət aparmışıq.
 
Məlumatda bildirilir ki, guya müəllim öz oğluna digər şagirdi döyməsini tapşırıb. Birincisi, müəllim Azadın anası yox, nənəsidir. İkincisi də, heç valideyn öz övladına deyərmi ki, get kimi isə döy?"

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az