Dünən Bakıda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Miq.az oxu.az-a istinadən xəbər verir ki, Nobel prospektində 99-MH-441 dövlət qeydiyyat nömrəli "Hyundai" markalı avtomobil sürət həddini aşıb və elektrik dirəyinə çırpılıb.
Nəticəsində maşının arxa təkəri partlayıb və iki hissəyə ayrılıb. Həmin vaxt cəsədlər maşından çölə çıxıb.
Avtomobili 24 yaşlı Anarın idarə etdiyi bildirilir. Cəsədi tanınmaz hala düşən şəxsin adı Hafizdir. O, Qəbələ rayon sakinidir. Evin tək oğludur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, dünənki dəhşətli hadisədə dörd nəfər dünyasını dəyişib:
"Hazırda məsələ barədə araşdırma aparılır. Avtomobil elektrik dirəyinə çırpılıb və iki yerə bölünüb. Qəzada həlak olanlar gənclərdir. Vəfat edənlərdən üçü dost olublar. Digər şəxs isə avtomobil təmir ustası olub. Hadisə ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma aparılır".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?