Bakıda məmurlar bu dəfə rus xalq nağıllarının qəhrəmanlarını hədəf alıblar. Virtualaz.org xəbər verir ki, qara siyahıya Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurları düşüblər. Belə vəziyyət Bakının Xətai rayonunda yaranıb.
Belə ki, rayon ərazisindəki restoranlardan birinin qarşısında qoyulmuş nağıl personajları heykəlləri yaxınlıqdan öz avtomobili ilə keçən icra hakimiyyətinin başçısı Razim Məmmədovun gözünə sataşıb. "Urfa” restoranının qarşısında beş ildən çoxdur qoyulan və paytaxt sakinlərində xoş təbəssüm yaradan bu heykəllər nəyə görəsə icra hakimiyyəti başçısını bərk qəzəbləndirib. Razim Məmmədov dərhal tabeçilyindəki şəxslərə əmr edib ki, heykəlləri söksünlər. Çünki onun "votçinasında” belə heykəllərə yer ola bilməz.
Restoran sahibləri anlaya bilmirlər ki, bu nağıl qəhrəmanları rayon başçısını nəyə görə qəzəbləndirib. Və onlar icra hakimiyyəti başçısının göstərişinin yerinə yetiriləcəyini və bütün heykəllərin söküləcəyini təşvişlə gözləməkdədir.
Sual yaranır: doğrudanda bu Küpəgirən qarı və ya Ölməz Kaşey rayon başçısını nəyə görə qəzəbləndirib? Axı bunlar sadəcə heykəldir və Küpəgirən qarı məmurları tilsimləyib onları kreslolarından aşıracaq imkanda deyil, tamamilə ziyansız heykəldir. Digər tərəfdən bu sahibkarların hüquqlarına müdaxilə və qanunların pozulması deyilmi?




Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?