Bakıda iş adamı özünü güllələdi

Bakıda iş adamı özünü güllələdi
Bakıda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində 1956-cı il təvəllüdlü Zəlimxan Bünyatov yaşadığı villada özünü güllələyib. O, hadisə yerindəcə keçinib.

Bildirilir ki, hadisə baş verərkən Z.Bünyatovun ailə üzvləri evdə olub. O, "Vinçester" markalı tüfəngi götürərək hamam otağına keçib və burada özünə atəş açıb. Səsə gələn ailə üzvləri 50 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.

Saytın əldə etdiyi digər məlumata görə, intihar edən şəxs biznesmen olub və tikinti şirkətinə rəhbərlik edirmiş.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az