Bakıda kafedə ofisiant müştərini öldürdü

Bakıda kafedə ofisiant müştərini öldürdü
Paytaxtda qətl törədilib.

APA-nın məlumatına görə, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Köhnə Bakı” kafesində ofisiant Mirzağa Məmmədov aralarında yaranmış mübahisə zəminində müştəri, 1999-cu il təvəllüdlü Çingiz Ramiz oğlu Qədirlini bıçaqlayaraq qətlə yetirib.

M. Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az