Toy karvanında "avtoş"luq edən sürücü qarşı yola çıxaraq qəza törədib
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az-ın məlumatına görə, yanvarın 31-də saat 17.25 radələrində, 20 Yanvar küçəsi 36-nın qarşısında Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Rəşad Alışov idarə etdiyi “Opel” markalı avtomobillə 2001-ci il təvəllüdlü Sərxan Yaqubovu vurub. Xəstəxanaya yerləşdirilən yaralı fevralın 2-də günorta saatlarında orada ölüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən sürücü həmin vaxt idarə etdiyi "Opel"lə toy karvanında hərəkət edirmiş. Sürücü kobud qayda pozuntusu törədərək qarşı yola çıxıb və toy karvanının qarşısına keçməyə çalışıb. Qarşıdan maşın gəldiyini gördükdə sürəti artıraraq istəyinə nail olub. Toy karvanı dayanaraq ona yol verib. Amma sürət yüksək olduğu üçün sürücü avtomobili saxlaya bilməyib və yolun kənarında dayanmış 14 yaşlı oğlanı vurub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qəza törədən sürücünün həbs olunduğu bildirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR