Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.
Vətəninfo.az məlumat verir ki, APA TV-nin xəbərinə görə, idarəyə daxil olan məlumatda Xətai rayonu, Zığ yolu-15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz "poker” kart qumar oyunlarının təşkil edilməsi bildirilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində obyektdə icarə əsasında fəaliyyət göstərən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.
Baxış zamanı obyektdən "poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
Qeyd olunan faktla bağlı Baş İdarədə başlanılan araşdırmalar davam etdirilir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”