3 saylı İstintaq təcridxanasına qanunsuz əşya keçirmənin qarısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində ARespublikasının Cinayət Məcəlləsinin 177.3.2, 326.1, 326.2 və 66.3 maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mübariz Çingiz oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş dayısı, Ağdam rayon sakini Bakir Bəylər oğlu Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman 2 ədəd “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş 2 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR