Bakıda şagird müəllimələrə hücum çəkdi - müəllimənin gözü kor oldu

Bakıda şagird müəllimələrə hücum çəkdi - müəllimənin gözü kor oldu

Paytaxtın Suraxanı rayonunda şagird müəllimələrə hücum edib və ona xəsarət yetirib.

Miq.az publika.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Hövsan qəsəbəsində yerləşən orta məktəblərdən birində dərsdən sonra baş verib.

İlkin məlumata görə, orta məktəb şagirlərindən biri müəllimlərə hücum edib. O, əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib.
Qəsəbə sakinlərindən birinin əməkdaşımıza verdiyi xəbərə görə, müəllimin gözü zədələnib və o, xəstəxanaya aparılıb.
Sakinlərin sözlərinə görə, şagird bundan sonra digər müəllimələrə də hücum edib.

Qeyd edək ki, hadisəni törətmiş şagird saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az