Bakıda tələbə qız məktub yazıb özünü öldürdü-FOTOLAR
Dünən Yasamal rayonunda 23 yaşlı Nigar Vahabovanın yaşadığı mənzildə intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.
Bildirilir ki, N.Vahabova Koorparasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.
Araşdırmalar davam etdirilir.
Nigar Vahabovanın fotolarını təqdim edirik:
Miq.az