Bakıda Vərəm dispanserində QƏTL: Kürəkən qaynanasını öldürdü

Bakıda Vərəm dispanserində QƏTL: Kürəkən qaynanasını öldürdü
Bakıda qətl törədilib.

Miq.az  xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.

Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.

E. Hüseynov dispanserə gələrək, F. Mürsəlovadan qızını geri göndərməsini tələb edib.

F. Mürsəlova isə E. Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.

E. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az