Bakının ən böyük xəstəxanasında dəhşətli hadisə - Təfərrüat

Bakının ən böyük xəstəxanasında dəhşətli hadisə - Təfərrüat

Bakıda intihar faktı qeydə alınıb.

1 saylı Klinik Tibbi Mərkəzdə müalicə olunan 1955-ci il təvəllüdlü Həsən Xanoğlan oğlu Eminov boğazını ülgüclə kəsərək, özünü öldürüb.

Lent.az-ın məlumatına görə, bir müddətdir burada müalicə edilən Sabirabad rayon sakini, 61 yaşlı Eminov Həsən Xanoğlan oğlu şəkərli diabet, hepatit, böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkirmiş. Həkimlər mütəmadi dializ edilən H.Eminovun sağalma ehtimalının olmadığını bildiriblər. Dünən isə 61 yaşlı kişi oğullarına onu xəstəxanadan çıxarıb rayona aparmalarını istəyib. Lakin övladları atalarına hələlik müalicəsinə davam etməyi məsləhət biliblər.

Məlum hadisə isə noyabrın 11-nə keçən gecə saat 02 radələrində baş verib. 61 yaşlı kişi palatada çarpayısında yorğanı başına çəkərək ülgücü boyun venalarına çəkib və kəskin qanitirmədən elə oradaca keçinib. Palata yoldaşları adətən gecə saatlarında xırıldayan H.Eminov tərəfdən səsin gəlmədiyini görüncə, tibb bacısını çağırıblar və onlar yorğanı çəkəndə dəhşətli mənzərənin şahidi olublar.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az