“Bakının adi bir gününü göy qurşağı kimi rəngarəng və unudulmaz edək!”.
Vətəninfo.az Oxu.az-a istinadən xəbər verir ki, “Flashmob Azerbaijan” 7 iyun tarixində Bakıda ənənəvi yüngül və zərif “Sabun köpükləri” festivalı keçirəcək.
Məlumata əsasən, festival saat 18:45-də Natəvan heykəlinin yanında başlayacaq. Sonra 19.00-da gənclər köpük festivalı üçün gətirdikləri oyuncağı çıxarıb, üfürməyə başlayacaqlar. Onlar daha sonra sinxron şəkildə Fəvvarələr bağına tərəf yollanacaq, ordan sabun köpükləri buraxıb Gənc Tamaşaçılar Teatrının qarşısına qədər hərəkət edəcəklər. Fleşmob Gənc Tamaşaçılar Teatrının qarşısında təxminən saat 19.45-də bitəcək.
Fleşmob “Bakının adi bir gününü göy qurşağı kimi rəngarəng və unudulmaz edək!” şüarı altında keçiriləcək.
İştirak etmək istəyənlər 7 iyun saat 18.45-də Natəvan heykəlinin qarşısına gələrək festivala qatıla bilərlər.
<iframe width="560" height="315" src="https://www.youtube-nocookie.com/embed/3N_y8fxzmrA" frameborder="0" allowfullscreen></iframe>
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL