Bakı-Qazax magistral yolunun 456-cı kilometrliyində, Ağstafa rayonu ərazisində 7 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Ağstafa rayon Qırlı kənd sakini, 1994-ci il təvəllüdlü Tural Abbasovun idarə etdiyi "Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi "Nissan X-Trail” markalı avtomobil toqquşub.
Nəticədə sürücülər və sərnişinlər - 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova,1992-ci il təvəllüdlü Əminə Şahquliyeva, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Oradan 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər T.Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Məlumata görə, "Ford”da olanlar Ağstafadan Bakıya toya gələnlər olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”