Azərbaycana qaçaqmalçılıq yolu ilə 200 kiloqram bal və digər məmulatlar gətirən şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan “DAF 95 XF-430” markalı, 44 BO 782 / 44 ZA 385 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Keçirilmiş gömrük baxışı zamanı Azərbaycan Respublikası vətəndaşı Hacıyev Asif Höküməli oğlunun gömrük orqanına təqdim etdiyi sənədlərdə göstərilən yüklərdən başqa avtomobildən yük müşayiət sənədlərində göstərilməyən və Hacıyev Asif Höküməli oğlu tərəfindən bəyan olunmayan külli miqdarda müxtəlif adda ətriyyatlar, çay məmulatları, qəhvələr, veterenar məhsullar, 200 kiloqram bal, arıçılıqda istifadə olunan məmulatlar, 172 ədəd yanğın təhlükəsizlik cihazları aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR