Balakən sakini xəstəxanada özünü doğrayıb pəncərədən atdı

Balakən sakini xəstəxanada özünü doğrayıb pəncərədən atdı
Balakən Mərkəzi Rayon Xəstəxanasında intihara cəhd olub.

Miq.az APA-ya istinadən xəbər verir ki, xəstəxananın terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib, sonra özünü xəstəxananın ikinci mərtəbəsindən atıb. 
 
Xəstəxanadan bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
 
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az