“Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna kimin gətiriləcəyi hələ bilinmir.
AFFA ilə bir çox mütəxəssislə bağlı fikir mübadiləsi aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.
Bakı-2015-in təqdimat mərasiminin İstanbulda keçirilməsi məqsədilə Türkiyədə rəsmi səfərdə olan nazir həmkarlarımıza müsahibə verib. O yığmamızın baş məşqçi postuna türkiyəli Yılmaz Vuralın və ümumiyyətlə bu ölkədən olan mütəxəssislərin namizədliyinin nə dərəcədə real olmasına münasibət bildirib.
A. Rəhimov Vuralla bağlı konkret cavab verməsə də, namizədlər arasında onun həmyerlisinin olduğunu qeyd edib: “Bizim üçün ən əsası futbol fəlsəfəsi və mədəniyyətinə malik mütəxəssisin millimizə gəlməsidi. Çünki yığmanın “sükanı”nı tapşıracağımız çalışdırıcının təkcə əsas komanda deyil, aşağı yaş qrupları və ölkə çempionatında çıxış edən klublarla da maraqlanmasını planlaşdırırıq. Namizədlər arasında ingilis, alman, xorvat və türk mütəxəssislər var”.
Qeyd edək ki, almaniyalı Berti Foqtsun istefasından sonra milli müvəqqəti Mahmud Qurbanova tapşırılıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR