Dağlıq Qarabağın azad edilməsi uğrunda qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin Baş naziri Binəli Yıldırımı ziyarət edib.
"Report” "Anadolu”ya istinadən xəbər verir ki, Qarabağda döyüş nəticəsində ayağını və gözünü itirən Kamil Musəvi Binəli Yıldırıma əzmindən, davasından heç nəyi itirmədiyini söyləyib: "Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil”.
Türkiyənin Baş naziri, öz növbəsində, bildirib: "Nə qədər ki, bu eşq var heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!”
"Mən Afrinə getmək istərdim”, - deyən Kamil Musəviyə Binəli Yıldırm belə cavab verib: "Qardaşların, böyük qardaşların Afrində dastan yazırlar”.
Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Zeytun budağı” əməliyyatına dəstək məqsədi ilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: "İnşallah, bir gün Qarabağ da işğalçılardan təmizlənər”.
Baş nazirlə söhbət zamanı K.Musəvi Çanaqqala savaşı haqqında oxuduğu bir hadisəni danışıb: "Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: "Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn etdim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim”. Bu hadisədən xəbər tutan fransız general isə deyib: "Mən belə bir hadisəni nə eşitmişəm, nə də indiyə kimi görmüşəm”.
Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan plaket və təsbeh hədiyə edib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ