Baş prokuror jurnalist Rasim Əliyevin ölümündən danışdı

Baş prokuror jurnalist Rasim Əliyevin ölümündən danışdı
"Jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsi yolverilməzdir”.
Vətəninfo.az-ın  APA-ya istinadən xəbərinə görə, Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, hadisədən dərhal sonra ölkə başçısı bu barədə məlumatlandırılıb:
"Dərhal Daxili İşlər və Prokurorluq orqanlarının əməkdaşlaırndan ibarət əməliyyat qrupu yaradıldı, həyata keçirilən tədbirlər nəticəsində bir gün ərzində cinayəti törətməkdə şübhəli bilinən şəxslərin hamısı həbs edildi. Bu iş üzrə ibtidai istintaq yekunlaşmaq üzrədir. Cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək”.
 Baş prokuror əlavə edib ki, dünyanın bir çox ölkəsində jurnalistlərə qarşı belə cinayət törədilir. "Biz belə hadisələri qəti şəkildə pisləyirik. Belə hadisələr bizim cəmiyyətimizə xas olan hal deyil. Sərhədsiz Reportyorlar Təşkilatının məlumatına görə, dünyada ötən il 61, bu ilin 9 ayında isə 41 jurnalist qətlə yetirilib. Belə çıxır ki, hər ölkədə qətlə yetirilən  jurnalistlə bağlı Avropa Parlamenti  bəyanat verməlidir?  Qurumun Azərbaycanda jurnalistin ölümü ilə bağlı bəyanatı qərəzlidir. Biz İnsan Haqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlıq edirik. Azərbaycanda hər bir cinayət hadisəsi hüquqi şəkildə qiymət alır. Heç kim Azərbaycanın daxili işinə qarışa bilməz, o cümlədən Avropa Parlamenti. Azərbaycanda məhkəmə sistemi müstəqildir”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az