Vətəninfo.az xəbər verir ki, paytaxtın Xəzər rayonundakı Qala qəsəbəsinin bələdiyyə sədri, 1960-cı il təvəllüdlü Babayev Talıb Baba oğlu iki nəfərin hücumuna məruz qalıb. Xəzər Rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, hadisə dünən saat 20.30 radələrində baş verib. İdarənin 1-ci polis bölməsindən bildirilib ki, insident torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı olub.
Belə ki, bələdiyyə sədri konkret ünvanda qanunsuz tikili aparıldığını eşidib, həmin yerə gəlib və iki nəfərin tikinti ilə məşğul olduğunu görüb. O,həmin şəxslərə tikintinin qanunsuz aparıldığını bildirəndə onlar “kefimiz harada istəyir, orada da tikirik” deyə cavab veriblər. Sonradan mübahisə davaya çevrilib. Bələdiyyə sədrinə dəmir alətlərlə hücum çəkənlər onu möhkəm döyüblər. Hələlik məhkəmə-tibbi ekspertizanın rəyi hazır deyil. Polis isə söz verib ki, bələdiyyə sədrini döyənlərin kimliyini bu gün dəqiqləşdirəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR