Bəşər Əsəd atəşkəsə razı oldu

Bəşər Əsəd atəşkəsə razı oldu
Bəşər Əsəd rejimi Suriyada 30 günlük atəşkəsin tətbiqi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına tabe olacağını bildirib.

Oxu.az-ın məlumatına görə, ilk günlər bu qərarı tanımadığını bildirən Suriya rəhbərliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putindən gələn təlimat əsasında atəşkəsə əməl olunacağını bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Suriyanın Şərqi Guta bölgəsində yaşanan insanlıq dramını dayandırmaq üçün Suriyada qarşı duran tərəfləri 30 günlük atəşkəsə dəvət etmiş və bununla bağlı qərar qəbul etmişdi.

Məlumatlara görə, Şərqi Gutada bombardmanlar nəticəsində mindən artıq insan qətlə yetirilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az