Bu gün Azərbaycan Turizm İnstitutunda Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin sabiq baş direktoru, İtaliyanın Romualdo del Bianko fondunun xarici əlaqələr üzrə əlaqələndiricisi cənab Mark Leananın moderatorluğu ilə turizm və irs sahələri üzrə ixtisaslaşan tələbələr və mütəxəssislər üçün "Mədəni irs davamlı sosial inkişafın əsası” mövzusunda seminar keçirilib.
“Vətəninfo.az” xəbər verir ki, tədbir "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı çərçivəsində baş tutub.
Tədbirdə müzakirə edilən əsas mövzu, mədəni turizmin və irsin davamlı sosial inkişafın dinamikasına təsirləri ilə bağlı olub.Həmçinin, tədbirdə bu sahə üzrə dünyada ən parlaq nümunələr barədə məlumat verilib, irsin innovativ metodlarla idarə edilməsi və inkişaf etdirilməsi ilə bağlı nümunələr təhlil edilib.
Qeyd edək ki, "Təzyiq altında irs – şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı Beynəlxalq Bakı Konfransı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin YUNESKO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan İCCROM və İCOMOS təşkilatları, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo del Bianko fondunun birgə tərəfdaşlığı ilə keçirilir.
Konfransın təntənəli açılış mərasimi isə aprelin 27-də baş tutacaq.
Mirvari Nəcəf
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR