Binəli Yıldırım: Dünya İŞİD-lə yalandan mübarizə aparır

Binəli Yıldırım: Dünya İŞİD-lə yalandan mübarizə aparır
"Dünya İŞİD-lə yatıb-qalxır. Onlar yalandan mübarizə edir. Mübarizəni edən yalnız Türkiyədir. Amerika heç bir şey etmir.”

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım bu sözləri TBMM-də Ak partiyanın ümumi iclasında etdiyi çıxışı zamanı bildirib:

"Bu qatilləri aramıza salanlar, bu alçaqca hərəkətləri ilə fərqli həyat tərzi üzərindən, inanclar üzərindən bizi ayırmağa çalışanlar həvəslənməsinlər. Türkiyə bir hüquq dövlətidir, bu ölkədə bütün həyat tərzləri , bütün inanclar, bütün düşüncələr dövlətin müdafiəsi altındadır.”

Fırat kalkanı əməliyyatından danışan türkiyəli baş nazir bu günə qədər 1270 İŞİD-çinin zərərizləşdirilidiyini bildirib. O, həmçinin Türkiyədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadıla biləcəyini deyib. Fövqəladə vəziyyətlə bağlı qərar bu həftə Türkiyə Böyük Millət Məclisinin iclasında müzakirə olunacaq.
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az