Binəqədidə iki otaqlı evdə yanğın olub.
Vətəninfo.az APA TV-ə istinadən xəbər verir ki, ev sahibi və onun həyat yoldaşı mənzildəki əşyaları çıxaran zaman boğulmaq təhlükəsi ilə üzləşiblər.
Qonşular tərəfindən zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib. Hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi döngə 1, mənzil 71 ünvanında yaşayan Rizvan Rasimova məxsus birmərtəbəli evdə qeydə alınıb.
Evin damının alışdığını görən ev sahibi dərhal hadisə haqqında Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə məlumat verib. Hadisə yerinə nazirliyin Dövlət yanğından Mühafizə İdarəsinin Binəqədi Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı xəsarət alan olmasa da ümumi sahəsi təqribən 74 kv.m olan 2 otaqlı evin tavan hissəsi və mənzildə olan soyuducu yanıb. Yanğın qısa zaman ərzində söndürülüb, alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, hadisə elektrik naqillərində yaranan qısa qapanmadan baş verib. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR