Parlament seçkilərinə iki aydan az müddət qalsa da,
hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər
siyahısını açıqlamağı ləngitməsi ortaya bir sıra suallar çıxarıb. Halbu
ki, sentyabrın 1-dən kimlərin hakim partiyadan namizəd olacağı
bilinməliydi.
Əksəriyyət belə hesab edir ki, YAP-ın siyahını
açıqlamaması partiyada namizədlərlə bağlı fikir ayrılıqlarının
olmasından irəli gəlir.
Parlament seçkilərində YAP-dan namizəd
olacaq şəxslər də narahatdırlar ki, gecikmə onların təbliğat işinə mənfi
təsir göstərəcək.
Vətəninfo.az-ın məlumatına görə, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Modern.az saytına açıqlamasında
bildirib ki, narahatlığa əsas yoxdur, parlament seçkilərində namizəd
olacaq şəxslərin təbliğatı oktyabrın 9-dan başlanacaq və həmin vaxta
hələ bir ay qalır.
"Hər şey proqram üzrə gedir və heç bir gecikmə olmayacaq” deyə S.Novruzov gözləməyi məsləhət görür.
Qeyd edək ki, ölkədə V çağırış parlament seçkiləri noyabrın 1-də keçiriləcək.Namizədin
qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən
oktyabrın 2-si saat 18.00-dək dairə seçki komissiyalarına təqdim
edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da
başlanacaq və 31 oktyabr saat 08:00-da dayandırılacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL