Bir daha Ərdoğanın Putinə verdiyi şəkillər haqda

Bir daha Ərdoğanın Putinə verdiyi şəkillər haqda
Soçidə aparılan danışıqlar zamanı Rusiya prezidenti Vladtimir Putinə bəzi fotoları verdim. Həmin fotolarda rusiyalı hərbçilər YPG terrorçuları ilə birlikdədir.

Xatırladaq ki, Türkiyə prezenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərindən qayıdarkən təyyarəsində jurnalistlərə belə demişdi.

Daily Sabah bildirir ki, həmin fotolarda kürdlərin terrorçu "Xalq Özünümüdafiə Dəstələri" (YPG) mənsublarının rusiyalı hərbçilərlə yanaşı duraraq kamera qarşısında pozalar verdiklərini vurğulayan Ərdoğan deyib: "Fotoların çəkildiyi yerlərlə tarixləri də dedik, mövzunu anlatdıq. Putin "araşdıracağam" söylədi. Bundan sonra iş Putinə qalır. Putin kürd dövlətinin yaradılması cəhdlərinə də yaxşı baxmır".

Fotolar Suriyanın Afrin şəhərində çəkilib. Bu şəhər sakinlərinin əksəriyyəti kürdlərdir.

BBC isə dünən məlumat yayıb ki, Rusiya hərbçiləri türk qoşunlarının Afrin şəhərinə doğru irəliləyişinə yol verməmək və YPG ilə türk hərbçilərin döyüşlərinin qarşısını almaq üçün Afrinə göndəriliblər.

"Russkaya Vesna" isə bəyan edib ki, rusiya hərbçiləri Suriya-Türkiyə sərhədinin yaxınlığında postlar yaradırlar. Məqsəd Türkiyə ordusunun bölgədəki YPG mövqelərinə hücumlarına itmkan verməməkdir.(milli.az)
 










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az