Qənirə Paşayeva və Tünzalə Ağayevadan yeni layihə: ”Bir Dünya İstəyirəm!”
Veteninfo.az xəbər verir ki, yanvar ayının 17-də sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya aid olan “Bir Dünya İstəyirəm” adlı mahnının və klipin təqdimatı keçiriləcək. Klipin rejissoru Ülviyyə Könül, modelyer-stilisti Gülnarə Xəlilovadır. Mahnıda “Noğullar” uşaq vokal qrupu iştirak edir, qrupun rəhbəri Məryəm və Natiq Qəzənfəroğlu ailəsidir. 20 Yanvar faciəsinin 23-cu ildönümü ərəfəsində təqdim olunacaq “Bir Dünya İstəyirəm” mahnisi Vətən uğrunda şəhid olan insanlarımızın, dünyada bu günümüzdə də davam edən soyqırımların, savaşların, təcavüzlərin, onların doğurduğu fəlakətlərin, aclıqların qurbanı olan milyonlarla insanların, uşaqların, körpələrin əziz xatirəsinə bir ithafdir. Bu mahnı insan övladı öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə bir hayqırtı, övladlarımızın sevgi, hüzur dolu bir dunyada yaşamaq istəyinin bir ifadəsidir, Rəbbimizə bir duadir. Əziz dostlar, arzu edənlər təqdimatda iştirak edə bilərlər. Təqdimat yanvarın 17-də saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR