1 milyon dollarlıq oyun

1 milyon dollarlıq oyun
Çempionlar Liqasının ardından bu gün qitənin ikinci dərəcəli klub turniri sayılan Avropa Liqasında da 1/8 final mərhələsinə yekun vurulacaq. 
Miq.az xəbər verir ki, cavab oyunlarından sonra Avroliqada yoluna davam edəcək 8 komandanın adına aydınlıq gələcək.
Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi "Fənərbağça" çətin Portuqaliya səfərində "Braqa" ilə üz-üzə gələcək. İstanbulda keçirilmiş ilk oyunda minimal hesablı qələbə qazanan "Sarı-lacivərdlər" səfərdən bərabərliklə dönəcəyi təqdirdə adını növbəti mərhələyə yazdıracaq. Baş məşqçi Vitor Pereyra bir müddətdir zədəli olan Gökhan Gönülün xidmətindən yararlana biləcək. Lakin Lazar Markoviç zədə səbəbindən bu görüşdə forma geyinə bilməyəcək. İstanbul təmsilçisinin rəhbərliyi mərhələ keçiləcəyi halda komandaya 1 milyon dollar mükafat vəd edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az