"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin "Azəriqaz” İstehsalat Birliyinə olan 3 milyon manat borc qalmaqalı həll olunmaq üzrədir.
"Azəristiliktəchizat”ın abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Modern.az saytına növbəti açıqlamasında deyib ki, yaxın günlərdə bütün qazanxanaların qazla təchizatından sonra mənzillərə istilik verilməsi mümkün olacaq:
"Azəristiliktəchizat” olaraq hökumətə müraciət etmişik. Məsələyə hökumət səviyyəsində baxılır. "Azəriqaz” İstehsalat Birliyi ilə danışıqlar da davam edir”.
Rafiq Əliyev deyib ki, son 3 gün ərzində bəzi qəsəbələrdəki mənzillərə istilik verilməsinə başlanılıb:
"Danışıqlar nəticəsində bir sıra qazanxanaların qaz təchizatının bərpa edilməsinə nail olmuşuq. Amma bu, heç bütün qazanxanaların yarısı da deyil. Hazırda danışıqlar davam etdirilir. Yəqin ki, qısa zaman kəsimində məsələ öz müsbət həllini tapacaq. Çalışacağıq ki, bütün qazanxanaların qaz təchizatını bərpa etdirək”.
Qurum rəsmisi hökumətə müraciətin əsas məqsədinə də aydınlıq gətirib: "Hökumət hansısa şəkildə məsələni həll etməlidir. Məsələ ya vəsaitin ödənilməsi, ya borcun silinməsi və ya başqa bir şəkildə həll edəcək. Bu artıq hökumətin səlahiyyətində olan məsələdir”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL