“Sözsüz ki, iki komanda arasında keçirilən matçlar çox prinsipialdır. İdman sahəsində biz Rusiya yığmasına sübut etməliyik ki, yaxşı komandaya malikik”.
Vətəninfo.az Apasport.az-a istinadən xəbər verir ki, bunu, Rusiya mətbutına açıqlamasında milli komandamızın futbolçusu Vaqif Cavadov deyib.
“Qaziantep BB”-də top qovan hücumçumuz bu gün Şimal qonşularımızla “Arena Ximki”də baş tutacaq yoldaşlıq oyunu haqda fikirlərini bildirib: “Millimizin oyunçularının hər birinin özünü göstərmək üçün şansı var. Biz bura ancaq qələbə fikri ilə gəlmişik. Sonuncu dünya çempionatında mən Rusiya millisini dəstəkləyirdim. Sizin yığmanız qrupdan çıxa bilmədi. Əlcəzairə qarşı matçda ruslar qalib gəlməli idi, amma onlar konsentrasiyanı tutmağı bacarmadılar. Həmçinin belə hal, keçən ilin oktyabrında bizim komandalarımızın oyununda baş verdi”.
Cavadov AVRO-2016-nın qrup mərhələsində Azərbaycan yığmasının hədəflərindən də danışıb: Komandamızın qarşısında Avropa çempionatına vəsiqə qazanmaq durur. Düşünürəm ki, biz bunu bacara bilərik. Əgər öz oyunumuzu göstərməyə çalışsaq, bu baş verəcək. Yığmamız yaxşı mütəxəssis çalışdırır. O, bizdə çoxdan işləyir. Onun isəklərini yerinə yetirsək, bizdə hər şey alınar”.
Qeyd edək ki, bu gün “Arena Ximki”də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü özbəkistanlı referi Rövşən İrmatov idarə edəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR