“Addım” Gənclər Təşkilatı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və Park Bulvar AVM-in dəstəyi ilə Azərbaycanda növbəti dəfə sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən “Road Safety Baku 2015” çərçivəsində “Biz sizə BRILLIANT verəcəyik!” layihəsinə start verir. Simsar.az xəbər verir ki, layihə çərçivəsində təhlükəsizlik həftəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün Norveçdə hazırlanmış işıq reflektorları paylanacaq. Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar “brilliant konsepsiya”sında dizayn olunub. Bundan başqa layihə çərçivəsində gənc modelyerlər arasında “Yol təhlükəsizliyi” mövzusunda müsabiqə keçirilib. Müsabiqənin qaliblərinin hazırladığı geyimlərdə layihənin reklam siması xalq artisti Brilliant Dadaşovanın iştirakı ilə maraqlı foto çəkimləri baş tutub.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və AvtoFM-in dəstəyi ilə gerçəkləşən layihənin yekun tədbiri 5 May 19-00da Park Bulvar AVM-də keçiriləcək. Tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri, gənclər və layihənin siması xalq artisti Brilliant Dadaşova və digər ulduzların iştirakı gözlənilir.
simsar.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR