Boks üzrə altqat çempionun kriminal avtoritet kimi SALYAN MACƏRALARI

Boks üzrə altqat çempionun kriminal avtoritet kimi SALYAN MACƏRALARI
Salyanda saxlanılan kriminal avtoritetin "kriminal aydınlaşdırmalarda” ("razborka”), "vəziyyətə nəzarət” kimi funksiyaları yerinə yetirdiyi iddia olunur.

Miq.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, kriminal aləmdə "Rıjıy İlqar” (boksçu İlqar) kimi tanan İlqar Əliyev müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərdən şantaj və hədə-qorxu yolu ilə pul toplayaraq, kriminal şəxslər arasında bölgü aparıb.
Qeyd edək ki, yanvarın 25-də Salyan rayon sakini Y.Qaqarin küçəsi, ev 10-da yaşayan 1979-cu il təvəllüdlü Əliyev İlqar Lazım oğlu qanunsuz odlu silah və narkotik vasitə gəzdirdiyi üçün saxlanılıb. Ondan "Naqan” tipli tapança, 5 ədəd patron və 20 qram narkotik vasitə olan həşiş qatranı götürülüb. Əvvəllər 3 dəfə məhkum olan şəxs boks üzrə 6 dəfə Azərbaycan çempionu və qaydasız döyüşlərin iştirakçısı olub.
Faktla bağlı Sayan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az