Vətəninfo.az xəbər verir ki, Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycan millisinə növbəti medalı boksçumuz Rüfət Hüseynov qazandırıb. Apasport.az saytının məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Belə ki, ilk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Hüseynov bu gün baş tutan final görüşündə özbəkistanlı Sulaymon Latipovla qarşılaşıb. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib. Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov yığmamıza 3-cü qızıl medalı qazandırıb.
Qeyd edək ki, bununla da aktivində 9 medal olan millimiz son yarış günündə onların sayını 10-a çatdırıb. Daha öncə isə komandamıza İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR