Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib. Avqustun 7-də az24saat.org saytının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik, ardınca Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.
"Səhər saat 14.00-da Səbail Rayon Məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı dünən axşam "Facebook”da yazıb.
O qeyd edib ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş gəlib. "Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək” – deyə baş redaktor bildirir.
"Kanal13” televiziyasının aparıcısı İsmayıl İslamoğlu da bildirib ki, onu sabah Səbail Rayon Məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytın bloklanması ilə bağlıdır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?