Avqustun 5-də futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən Ağdamın "Qarabağ” komandası növbəti oyununa çıxacaq. Komandamız Bakıda Şotlandiyanın "Seltik” klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 21:30-da başlayacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək.
Oyunu isveçli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Martin Stromberqsson olacaq. Köməkçi hakim funksiyasını isə onun həmyerliləri Daniel Qustavsson, Stefan Hallberq və Yohan Hamlin yerinə yetirəcəklər. Matçın UEFA nümayəndəsi finlandiyalı Peter Lundstrom, hakim-inspektoru isə Lüksemburqdan Alan Hamer olacaq.
Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan Azərbaycan çempionu "Qarabağ” həmin mərhələdə Monteneqronun "Rudar” komandasını yarışdan kənarlaşdırıb.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL