Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

Bu prospektdə hərəkət məhdudlaşdırılacaq

7- 9 avqust tarixlərində Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində yerləşən "Xutor dairə”sində müxtəlif yol qovşağına aid olan körpüdə aparılacaq sınaq işləri ilə əlaqədar körpü nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq bağlanacaq.

 Vətəninfo.az APA-ya istinadla bildirir ki, tunellərdə və digər ərazilərdə aparılacaq profilaktik işlərlə əlaqədar isə göstərilən tarixlərdə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən "20 Yanvar dairə”si və "Qəbələ dairə”sinə doğru olan istiqamətdə də nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinə yalnız əsas yolda məhdudiyyət olacaq. Bu istiqamətdə hərəkət yan yollarla təmin ediləcək.

 Əks istiqamətdə isə, yəni "20 Yanvar dairə”si və "Qəbələ dairə”sindən "Böyük Şor yol qovşağı”na doğru nəqliyyat vasitələrinin hərəkətində heç bir məhdudiyyət olmayacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az