Bu sənədlər İŞİD-lə bağlı bütün suallara cavab verəcək - ABŞ ŞOKDA

Bu sənədlər İŞİD-lə bağlı bütün suallara cavab verəcək - ABŞ ŞOKDA
İran ABŞ-ın İŞİD terror təşkilatına birbaşa dəstəyinin sübutlarını dərc edəcək.

Publika.az "Fars” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının məsləhətçisi Həmin Rza Moqadam Far deyib.
"Biz sənədləri dərc etməyi planlaşdırırıq. Bu sənədlər göstərir ki, ABŞ İŞİD-ə silah verir, lojistik dəstək və tibbi yardım göstərir”, - SEPAH-ın nümayəndəsi bildirib.
O həmçinin qeyd etdi ki, terror təşkilatının yaradılmasının arxasında ABŞ-ın özü dayanır:
"ABŞ-ın terror təşkilatına dəstəyindən daha əhəmiyyətli fakt ondan ibarətdir ki, İŞİD-in yaradılması ABŞ-ın işidir. Onlar bu faktı gizlədə bilmirlər. Bu gün bildirirlər ki, "biz bu təşkilatı yaradaraq səhv etdik, indi onu məhv etmək istəyirik”. Amma onlar əvvəlki kimi yalan danışırlar və bunu sübut edəcək çoxlu sənəd var”.
Daha əvvəl – iyunun 11-də İran Silahlı Qüvvələrinin qərargah rəisinin müavini , general Mustafa İzadi bildirib ki, Tehran ABŞ-ın İŞİD-ə birbaşa dəstəyini göstərən sübutlara malikdir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az