Bu yollar bağlanır

Bu yollar bağlanır
Binəqədi rayonunda bir-neçə küçənin kəsişməsində aparılan təmir-tikinti işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılır.
Vətəninfo.az xəbər verir ki, Nəqliyyat Nazirliyindən Modern.az-a daxil olan məlumata görə bu yollar  Atatürk prospektinin hər iki istiqamət üzrə Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək olan hissələrindən, Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq  Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissələridir.
Sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin çəkilməsi işləri həyata keçiriləcək. İşlərin səhər saat 10:00-dan başlanılması və günorta saatlarında yekunlaşdırılması nəzərdə tutulub.
Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC sürücülərə göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatlığa görə üzr istəyir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az