Üç nəfər 30 yaşlı kişini baltaladı - Biləsuvarda

Üç nəfər 30 yaşlı kişini baltaladı - Biləsuvarda

Biləsuvarda ağır cinayət hadisəsi törədilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Biləsuvar şəhərində qeydə alınıb. Şəhər sakinləri - 1989-cu il təvəllüdlü Rüfət İlqar oğlu Qarelikov, 1983-cü il təvəllüdlü Elməddin Baxşeyiş oğlu Şahverənov və qardaşı, 1981-ci il təvəllüdlü Niyaməddin Şahverənov xuliqanlıq zəminində həmyerliləri, 1986-cı il təvəllüdlü Elvin Famil oğlu Abbasova balta, bıçaq və küt alətlərlə xəsarət yetiriblər. (APA)

Xəstəxanaya yerləşdirilmiş E.Abbasovun vəziyyəti orta-ağırdır. R.Qarelikov, E.Şahverənov və qardaşı Niyaməddin tutulub. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az