Cəbədən...
Vətəninfo.az - Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 75
dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən
mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu
Ayrım kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən
Tovuz rayonunun Ağdam, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən
Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun
Çiləbürt, Göyarx, Yarımca, Çaylı, Qızıloba, Ağdam rayonunun Novruzlu,
Sarıcalı, Cəvahirli, Yusifcanlı, Şıxlar, Kəngərli, Baş Qərvənd, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq
düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 100 dəfə atəş
zərbəsi endirib.