Cəlilabad Rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən cinayətkar qrup zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Cəlilabad rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad rayonsakinləriSübhanƏliyusif oğlu İsayev, Bəhram Hüseynbala oğlu Kərimov, Şahin Səbirəli oğlu Mahmudov, Zamiq Mirixan oğlu Rzayev,Cavid Cahangir oğlu Qurbanov və XəqaniMirnizam oğlu Əhmədovəvvəlcədən əlbir olaraq qrup halındarayon ərazisindəmüxtəlif vaxtlardaevlərə silahlı basqınedərək vətəndaşlardan pul tələb edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, eləcə də imkanlı şəxslərin övladlarını oğurlayaraq onların valideynlərindən bunun müqabilində külli miqdarda pul istəyiblər. Həyata keçirilən əməliyyat zamanıdəstə üzvlərindən 5-i yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Qrupa rəhbərlik etmiş Xəqani Əhmədovun yaxalanması istiqamətində əməliyyat tədbirləri isə davam etdirilir.
Əməliyyat zamanı Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Səfər Nuriyev müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, saxlanılanlardan Cavid Qurbanov əvvəllər Cəlilabad RPŞ-nin pasport qeydiyyatı şöbəsinin əməkdaşı olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR