Türkiyədə “Beşiktaş” klubunun idmançısı bıçaqlanaraq öldürülüb. Vətəninfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 16 yaşlı güləşçi Cem Yılmaz bir neçə nəfərin bıçaqlı hücumuna məruz qalıb.
İstanbulun Feriköy məhəlləsində “gecəqondu” evində yanğın baş verib. Yanğına müdaxilə edən yanğınsöndürənlər isə naməlum şəxslərin hücumuna məruz qalıblar. İdmançı Cem Yılmaz yanğınsöndürmə briqadasını müdafiə edərkən bıçaqlanıb. Xəstəxanaya çatdırılan gənc güləşçinin həyatını xilas etmək mümkün olmayıb və o, dünyasını dəyişib.
“Beşiktaş” klubu Cem Yılmazın ölümü ilə əlaqədar nekroloq yayıb: “2012-2013 mövsümündə İstanbul çempionu olmuş Cem Yılmazın gənc yaşda dünyasını dəyişməsi klubumuzu və cəmiyyətimizi kədərləndirdi. Mərhumun cənazə mərasimi bu gün Feriköy Yayla məscidində olacaq. Cem Yılmaza Allahdan rəhmət, ailəsinə, qohumlarına və sevənlərinə başsağlığı veririk”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR