Vətəndaşların evinə civə dağılmasına görə Fövqəladə Hallar Nazirliyinə müraciət etməsi halları tez-tez baş verir.
Nazirliyin saytında da bu barədə mütəmadi məlumatlar dərc olunur. Lakin çoxu civənin niyə belə potensial təhlükə mənbəyi olmasından xəbərsizdir.
Bu maddənin evə dağılması niyə qorxuludur, hansı təhlükəni törədir?
Virtualaz.org saytının bu sualına cavab verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, ağır metal olan civə buxarlanır və sağlamlığa ciddi təhlükə törədir: "Civə maye halında olan metaldır. İstənilən mayenin müxtəlif aqreqat halı var, amma civə adi temperaturda, normal atmosfer təzyiqində maye halında olur. Buna görə də o, buxarlanmaya meyllidir. Ağır metal olduğuna görə də onun buxarlanması nəfəs yollarına çökür və buradan qan-damar sisteminə keçərək civə zəhərlənməsi əmələ gətirir. Bundan başqa civənin nəfəs yollarına çökməsi ağır bronxitə, ağciyərdə müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Ona görə də məsləhətdir ki, harasa civə dağılsa, dərhal təmizlənsin”.
Professor deyir ki, bu maddə qatı olduğundan yerə dağılanda yayılmır, dairəvi forma alır: "Məsləhətdir ki, o, mütəxəssislər tərəfindən təmizlənsin, çünki mütəxəssis onu necə zərərsizləşdirməyi daha yaxşı bilir.
Civə zəhərlənməsinə gəlincə isə bunun xüsusi əlaməti yoxdur, toksiki xüsusiyyətləri dərhal özünü biruzə vermədiyinə görə tədricən bronxlara çökür və problem yaradır”.
Vətəninfo.az
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri