Daha bir nəfər suda boğulub, iki nəfər isə xilas edilib

Daha bir nəfər suda boğulub, iki nəfər isə xilas edilib
Azərbaycanda daha bir nəfər suda boğulub, iki nəfər isə xilas edilib.

Vətəninfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Tovuz rayonunda süni göldə (sularda xilasetmə məntəqəsindən, təxminən, 170 km aralı, nəzarət olunmayan ərazidə) 1981-ci il təvəllüdlü Hüseynov Kamran İmran oğlu batıb. Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. K.Huseynovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 Bundan başqa, Xəzər və Sabunçu rayonlarında dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az