Daha bir təyyarə qəzası - 13 nəfər öldü

Daha bir təyyarə qəzası - 13 nəfər öldü

İndoneziyanın mərkəzi bölgəsində hərbi helikopter qəzaya uğrayıb.

Hadisə nəticəsində göyərtədə olan 13 zabit ölüb.

Helikopter hökumət qüvvələri və dini radikallar arasında döyüşlər gedən Sulavesi adasında yerə düşüb.

Qeyd edək ki, ötən ilin dekabrında İndoneziyada keçirilən aviaşouda yerli Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğramışdı.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az