Davudoğlu rəsmən AKP-dən çıxarıldı – Şok səbəblər

Davudoğlu rəsmən AKP-dən çıxarıldı – Şok səbəblər
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabiq baş nazir Əhməd Davudoğlu və keçmiş 3 deputata partiya sıralarından çıxarılması barədə yazılı bildiriş göndərib.

Teleqraf.com xəbər verir ki, Davudoğlu ilə yanaşı, AKP-dən çıxarılanlar arasında Selçuk Özdağ, Ayhan Sefer Üstün və Abdullah Başçı var.
Bildirişdə həmin şəxslərin partiyadan hansı səbəblər əsasında çıxarılması izah olunub.
Sənəddə "partiyanın fundamental prinsiplərinə zidd davranışlar”, "cəmiyyətdə partiya haqda yanlış rəy formalaşdırmaq” kimi səbəblər göstərilib.
Bildirişdə eyni zamanda, xüsusilə Əhməd Davudoğlunun son günlərdə Prezident Rəcəb Tayyib Ərdoğana yönəlik fikirlər səsləndirməsi də yer alıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az