«Dünyanın bir sıra ölkələrində gəlirlərin 70 faizini turizm sektorundan daxilolmalar təşkil edir». Bunu deputat Elmira Axundova Milli Məclisin iclasında büdcə müzakirələri zamanı çıxışanda deyib. Onun fikrincə, Azərbaycanda turizm sektorunda qiymətlər yüksəkdir. Yüksək qiymət müqabilində təklif edilən xidmətlər isə adekvat deyil: «Xidmətlər rəngarəng deyil, eləcə də alternativ turizm xidməti yoxdur. Reklam işi düzgün təşkil edilməyib. Bu sahəyə diqqəti artırıb turist cəlb edə, gəlir götürə bilərik».
Deputat 2016-cı ildə büdcədən Səhiyyə Nazirliyinə ayrılan vəsaitin azaldılmasına da narazılıq edib. Elmira Axundova digər mənbələrin azaldılması ilə səhiyyə xərclərinin saxlanması təklifini irəli sürüb. O həm də qeyd edib ki, kiçik sahibkarlıq inkişaf etdirilməlidir və banklar onlara kredit ayırmalıdır: «Kiçik sahibkarlığın inkişafı ilə regionlarda iş yerləri açılmalıdır ki, gənclərimiz işlə təmin edilsin və əhalinin ələ baxımlılığına son qoyulsun. Necə deyərlər, onlara balıq vermək əvəzinə, balıq tutmağı öyrətmək lazımdır».
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL