Tanınmış jurnalist, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 1 noyabr 2015-ci ildə keçiriləcək Milli Məclisə seçkilərdə iştirakını dayandırıb. Bu barədə Aktual.az-ın sualını cavablandıran E.Mirzəbəyli düzgün qərar qəbul etdiyini deyib:
"Seçkidə iştirakımı dayandırdım. Məni Milli Məclisdə görmək istəyən və bunun üçün dəstəyini, dualarını əsirgəməyən hər kəsə dərin minnətdarlığımı bildirirəm. İstər indi, istərsə də bundan sonra keçiriləcək seçkilərdə hər hansı bir statusla iştirak etməməyi düşünürəm. Qənaətimin doğru olduğuna əminəm. Yola davam edən dəyərli dostlarıma FƏRD olaraq bacardığım dəstəyi verəcəyəm. Qərarımın doğru olduğuna qətiyyən şübhə etmirəm.
Bu günədək canım qədər sevdiyim Dövlətimin və ayrılmaz bir parçası olduğum Millətimin adına xələl gətirəcək addım atmamışam. Fədakarlıq mənim qanımda, ruhumdadı! Bütün addımlarımı öz qənaətimə uyğun və inanaraq atmışam. Bundan sonra da eyni fədakarlıqla doğru bildiyim YOLa davam edəcəyəm. İstiqlalı uğrunda gəncliyimi, inkişafı yolunda ömrümün ən gözəl illərini göz qırpmadan fəda etdiyim DÖVLƏTİMDƏN tək istəyim mənə öz təcrübəmdən və bacarığımdan layiqinicə istifadə etmək imkanının tanınmasıdır.
Tanrı Azərbaycanı qorusun!"
Xatırladaq ki, E.Mirzəbəylinin namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürülmüşdü.
Aktual.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL