8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün də seçicilərlə növbəti görüşlərini keçirib.
7-ci mikrorayonda, A.Kunanbayev küçəsinin sakinləri ilə görüşdə əvvəlcə deputatlığa namizədin vəkili Əvəz Həsənov Azay Quliyevin ictimai-siyasi və deputatlıq fəaliyyəti haqqında danışıb.
Seçici İlahir Əliyarov bildirib ki, Azay Quliyevin deputat təcrübəsi, ictimai nüfuzu, işgüzarlığı, ona səs verəcək seçiciləri yüksək səviyyədə təmsil etmək üçün bir təminatdır. "Çünki, Azay Quliyev Şirvanda əsl millət vəkili örnəyini ortaya qoyub”.
Görüşdə çıxış edən seçicilər dairə ərazisində olan bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.
Seçiciləri qarşısında çıxış edən Azay Quliyev qeyd edib ki, yenidən deputat seçildikdən sonra səsləndirilən bütün məsələlərin araşdırılaraq onların həlli istiqamətində müvafiq addımlar atılacaq.
Azay Quliyevin səmimiyyətinə və işgüzarlığına inandıqlarını deyən seçicilər, 1 noyabrda yüksək fəallıq nümayiş etdirəcəklərini, məntəqələrə gedərək Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Azay Quliyevin seçicilərlə növbəti görüşü oktyabrın 19-da saat 16.00-da 7-ci mkr. A.Kunanbayev küçəsi 7A binasının sakinləri ilə olacaq.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat