Dilqəmin oğlu: "Atamla görüşmək istəyirəm"
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib
"Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır".
Bunu
ANS PRESS-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun
oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq
Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ
də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq
hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib.
Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib.
Beynəlxalq
Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə
Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova ANS PRESS-ə
açıqlamasında bu məsələyə münasibət bildirib.
O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu
İ.Hüseynova
digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı
razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o
zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə
üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə
olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib.
Kəlbəcərdə öz doğma ata-baba torpaqlarına baş çəkən Dilqəm Əsgərov və Şahbaz Quliyev təxminən 1 il öncə girov götürülüb.
Ötən
il Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz
Quliyev, Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər
rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Ermənilərin qətlə yetirdiyi Həsən Həsənov
Lakin
onlar ermənilər tərəfindən girov götürülüblər. Həmin zaman Dilqəm və
Şahbaz yaxalansa da, Həsən Həsənov qətlə yetirilib. Onun meyitinin
əvvəlcə Xankəndində dəfn edildiyi deyilib. Lakin Azərbaycan tərəfinin
başladığı danışıqlardan sonra qalıqlar bir neçə ay sonra geri
qaytarılıb.
Dekabr ayında kəlbəcərli girovlar
üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan
oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyev isə 22 il müddətinə
azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.
musavat.com